Ərzaqlar:


500 q ət
4-5 x.q əridilmiş kərə yağı
4 st düyü
3 ədəd baş soğan
1 dəstə şüyüd
1 dəstə kəvər
1 dəstə turşəng
1 dəstə cəfəri
1 dəstə dağ keşnişi
1 dəstə tərxun
Ç.q ucunda limon duzu
Zəfəran
Duz

Qazmaq üçün:

50 q kərə yağı
1 st un
1 ədəd yumurta
1/3 ç.q duz

Hazırlanması:

Düyünü təmizləyib yuyub suda islağa qoyuruq.
Doğranmış sümüksüz əti duzlu suda bişiririk. Əti ayrıca tavada yağda qovururuq.

Zəfəranın üstünə qaynar su töküb dəm almağa qoyuruq.

Göyərtiləri təmizləyib yuyub doğrayırıq.

Soğanın qabığını təmizləyib yuyub uzununa nazik doğrayırıq.

Soğanın üstünə yağ və duz əlavə edib qızılı rəngdə olanadək qovururuq.

Sonra ikisini birləşdirib üstünə limon duzu tökürük 2-3 dəqiqə də qovurub doğranmış göyərtini əlavə edirik. Ətin suyundan da az əlavə edirik.


Qoyuruq vam odda bişməyə. Suyu çəkilib yağa düşəndə hazır olacaq.

Qazmağı hazırlamaq üçün un ilə yağı ovun üstünə duzu və yumurtanı əlavə edib yumşaq xəmir düzəldirik. Xəmiri bir kənara qoyuruq.

Suyu qaynadıb, düyünü yuyub duzlu suda yarıhazır olanadək bişiririk. Sonra süzürük.
Üstünə zəfəran suyu tökürük.

Qazana az yağ əlavə edib qızdırırıq.

Qazmaq üçün olan xəmiri yayıb qazana səririk. Qazanın içində xəmirdən fiqurlar kəsirik. İstədiyiniz formada kəsə bilərsiniz.

Süzülmüş düyünü qazmağın üstünə tökürük.

Düyünün üstünə qalan zəfəran suyunu və yağ əlavə edib plovu dəm almağa qoyuruq.

45 dəqiqəyə plov dəm alacaq. Arada yoxlayıb baxmaq lazımdır ki, qazmaq yanmasın.
Plovun düyüsünü qaba yığıb üstünü səbzi qovurması və qazmaqla bəzəyirik.Qaynar yağ töküb süfrəyə veririk.

Adətən səbzi plov süfrəyə verildikdə düyüsü ayrıca xuruşu (səbzi qovurması) ayrıca verilir.

Nuş olsun!

Comments

comments