Ərzaqlar:
2 ədəd yumurta
3 st un
200 q kərə yağı
1 st şəkər tozu
1/2 paket vanil (5 q)
1 paket qabartma tozu (10q)
200-250 q alma çemi
Zövrə görə içinə tökmək üçün:
Qoz ləpəsi
Zövqə görə üstü üçün: şəkər kirşanı
Hazırlanması:
Yağı əridirik.
Yağ ilıq olanda şəkər tozunu əlavə edib qaşıqla qarışdırırıq.
Yumurtanı əlavə edib qaşıqla qarışdırırıq.
Vanili və qabartma tozunu töküb qaşıqla qarışdırırıq.
Unu əlavə edib qarışdırıb sonra əlimiz ilə yumşaq xəmir düzəldirik.
Xəmirin 1/3 hissəsini soyuducunun buzxanasında 1 saat saxlayırıq.
Qalan xəmiri qaba yayırıq. (Qabın diametri 26 sm)
Cemi yayırıq. Zövqə görə istəsəniz üstünə qoz doğrayıb tökə bilərsiniz.
Soyuducudan xəmiri cıxardıb sürtgəcin böyük gözündən kecirib üstünə səpirik.
200 dərəcədə qızdırılmış sobada 25 dəqiqəyə bişiririk.
Piroq soyuduqdan sonra kəsib süfrəyə verə bilərsiniz. Zövqə görə üstünə şəkər kirşanı səpə bilərsiniz.
Nuş olsun!