Ərzaqlar:

(6 nəfərlik)

450-500 q soğanla çəkilmiş qoyun ya da mal əti (əti 2 ədəd baş soğanla ət maşınından keçirdirik)

5-6 ədəd orta kartof

2 ç.q tomat

2 x.q əridilmiş kərə yağı

2-3 x.q birki yağı

Duz

Istiot

Hazırlanması:

Soğanla çəkilmiş ətin içinə duz istiot vurub kotlet hazırlayib qazanın içinə yığırıq.

Kartofun qabığını təmizləyib yuduqdan sonra iki bölü doğrayırıq.

Doğranmış kartofu kotletlərin üstünə yığırıq.

Üstünə duz istiot səpirib yağını tökürük.

Balaca kasada tomatın üstünə 1 stəkan su töküb qatışdırırıq.

Qarışığı kartofun hər tərəfinə qaşıqla tökürük.

Yeməyi əvvəlcə gur odda qaynadıb kəfini yığırıq.

Sonra vam odda 1 saat bişiririk. Suyu çəkilib yağa düşəndə yemək hazırdı.

Nuş olsun!

Comments

comments