Ərzaqlar:1 paket qurabiyə, 100 q kərə yağı
İçliyi üçün:
400 q xama, 400 q kəsmik, 1 st şəkər tozu, 1 paket vanil, 1 paket jelatin
Üstü üçün:
1 st albalı suyu, 1 paket albalı jelesi
Hazırlanması:
Qurabiyəni blenderden keçiririk. Yağı əridib üstünə əlavə edib qarışdırırıq. Qablara yığıb qaşıqla düzəldirik. Soyuducuya qoyub içliyi hazırlayırıq. Kəsmiyi, xamanı, vanili və şəkər tozu dərin bir qaba töküb tam qarışanadək çalırıq. Jelatini paketində yazılan kimi düzəldirik. Sonra bu qarışığa əlavə edib qarışdırırıq.Qabları soyuducudan çıxarıb qarışığı qablara tökürüb yenidən 2 saatlıq soyuducuya qoyuruq.Albalının tumunu çıxarıb özünü üstünə düzürük.Albalı suyunu və jeleni qarışdırıb ocaqda bişirib hazırlayırıq.İlıq olanda soyuducudan çıxarıb üstünə töküb yenidən soyuducuya qoyuruq. 1-2 saat sonra çay süfrəsinə verə bilərsiniz. Nuş olsun!