Ərzaqlar:
125 q kərə yağı
90 q tünd şokalad
1/2 st şəkər tozu
2 ədəd yumurta
1 st un
1 paket vanil
1 paket qabartma tozu
İçlik üçün:
400 q kəsmik
2 ədəd yumurta
1/2 şəkər tozu
300-400 q albalı
Hazırlanması:
Albalının tumunu çıxardıb süzgəcə qoyuruq suyu süzülür.
Yağı şokoladla bir qazana qoyub vam odda əridirik.
Tam qarışanadək qarışdırıb soyumağa qoyuruq.
2 ədəd yumurtanı və yarım stəkan şəkər tozunu ağaranadək mikserlə çalırıq.
Şokaladı çalınmış yumurta ilə şəkər tozuna əlavə edib qarışdırırıq.
Sonra üstünə vanili, qabartma tozunu və unu əlavə edib tam qarışanadək çalırıq. Xəmir hazırdı.
İçlik üçün 2 ədəd yumurta ilə yarım stəkan şəkər tozunu ağaranadək mikserlə çalırıq.
Sonra üstünə kəsmiyi əlavə edib çalırıq.Tam qarışanadə çalmaq lazımdır.
Diametri 26 sm qab götürüb kərə yağı ilə yağlayırıq.İstəsəniz kağız sərə bilərsiniz.
Xəmirin yarısını qaba töküb yayırıq.
Üstünə kəsmiyi tökürük.
Sonra albalıları kəsmiyin üzünə düzürük.
Qalan xəmiri kəsmiyin üstünə töküb yayırıq.
180 dərəcə qızdırılmış sobada 45-50 dəqiqəyə bişiririk.
Soyuyanda qabdan çıxardıb çay süfrəsinə verə bilərsinz.
Nuş olsun!