Ərzaqlar:
Xəmir üçün:
2 st un, 1 ədəd yumurta, ½ st su, 1 ç.q silə duz, 1 x.q duru yağ, yaymaq üçün əlavə un
İçliyi üçün:
300 q qiymə, 1 ədəd baş soğan, duz, istiot, 2 x.q əridilmiş kərə yağı
Üstü üçün:
Sumax, əridilmiş kərə yağı, qatıq (zövqə görə sarımsaq)
Hazırlanması:
Ələnmiş unun üstünə yumurtanı, duzu və suyu əlavə edib normal xəmir yoğururuq. Adi qaydada qiyməni bişirib hazırlayırıq. Xəmirdən iki kündə düzəldirik.Az un səpib oxlovla yayırıq.Xəmir nə çox qalın nə də nazik olmasın.Diametri 4 sm olmaqla dairələr kəsirik.İçlikdən qoyub bükürük. Suyu qaynadırıq. Suya 2 x.q duz əlavə edirik. Qaynamağa başlayanda gürzələri tökürük. Qaynayıb üstə çıxanda 5 dəqiqə kimi qaynadıb süzürük. Suyun duzunu yoxlayın. Lazım olsa yenə əlavə edin. Qablara yığıb üstünə əridilmiş kərə yağı töküb sumax səpirik.Nuş olsun!