Ərzaqlar:10 ədəd paxlavalıq yuxa, 175 q kərə yağı

İçlik üçün:

1 st çəkilmiş fındıq, 1/2 (yarım) st şəkər tozu, 25 q kərə yağı, 2-3 x.q gül suyu

Üstü üçün:

Müxtəlif ləpələr, bal

Hazırlanması:

175 q yağı əridirik.

Yuxanın hamısını paxlavanı bişirəcəyimiz qabın ölçüsündə kəsirik.

Qabı yağlayırıq.

Yuxaların birini götürüb yağlayıb ikinci yuxanı qoyub yağlayırıq. Kənardan çıxan kəsikləri də qaba yerləşdirib yağlayırıq. Yuxaların hamısını bu şəkildə yağlayıb üst-üstə yığırıq. İçlik üsün qab götürüb çəkilmiş fındığı tökürük. Üstünə 25 q əridilmiş yağı, şəkər tozunu töküb qarışdırırıq. Gül suyunu da töküb qarışdırırıq. İçliyi yağlanmış yuxalarınüstünə töküb yayırıq.Düzləşdiririk.İstəyə görə bıçaqla kəsə bilərsiniz.Kəzməsəniz də olar.Ləpələr ilə paxlavanın üstünü bəzəyirik. 180 dərəcə qızdırılmış sobada 30-35 dəqiqəyə bişiririk. Ocaqdan çıxan paxlavanın üstünə bal çəkirik. Paxlava soyuduqda çay süfrəsinə verə bilərsiniz.Nuş olsun!

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Comments

comments