Ərzaqlar:

100 q qoz ləpəsi, 100 q qara kişmiş, 100 q ərik qurusu (qaysı), 100 q qara gavalı qurusu, 2 x.q bal, 1 ədəd limon, üstünə batırmaq üçün çəkilmiş qoz ləpəsi

Hazırlanması:

Qoz ləpəsini, kişmişi, qaysını, qara gavalını və limonu ət maşınından keçiririk.

Qarışığa balı əlavə edib qarışdırırıq.

Əlimiz ilə 10 qramlıq toplar düzəldirik.

Sonra çəkilmiş qoz ləpəsinə batırırıq. Toplar hazırdır.

Nuş olsun!

Comments

comments