(Türk mətbəxi)
Ərzaqlar:
5 st süd
1 st un
1 st şəkər tozu
50 q yağ
1 paket vanil
Üstü üçün:
1 paket şokolad
1 paket krem qaymaq
Altı üçün:
1 balaca kasa kakos
Hazırlanması:
Soba qabına kakosu səpirik.
Südü, unu, şəkər tozunu, vanili qazana töküb qarışdırırıq.
Sonra ocağa qoyub qarışdıra-qarşdıra bişiririk.
Qaynamağa başlayanda yağı əlavə edib yenə qarışdırırıq.
2-3 dəq qarışdırıb götürürük.
Kakosun üstünə töküb yayırıq.Qoyuruq soyuyur.
Üstü üçün krem qaymaq ilə şokoladı əridirik.
Hazır olanda üstünə töküb yayırıq.
Yenidən soyuducuya qoyuruq.Tam soyuduqdan sonra çıxarıb kəsirik.
Altının kakosundan üstünə səpirik.
Nuş olsun!