Ərzaqlar:
Adi biskvit üçün:
5 ədəd yumurta, 1 st un, 1 st şəkər tozu, 1 paket qabartma tozu, 1 paket vanil
Kakaolu biskvit üçün
5 ədəd yumurta, 1 st başından 2 x.q az un, 2 x.q kakao, 1 st şəkər tozu, 1 paket qabartma tozu, 1 paket vanil
Krem üçün:
200 q kərə yağı, 1 qutu qatılaşdırılmış süd, 1 paket vanil, 3 x.q. kakao
Hazırlanması:
Kremi hazırlamaq üçün baxın: krem necə hazırlanır?
Yumurtanın ağını sarısından ayırıb ağını ağaranadək çalırıq.
Sonra şəkər tozunu və vanili əlavə edib bərkiyənədək çalırıq.
Yumurta sarılarını əlavə edib çalırıq.
Unu əlavə edib qarışdırırıq.
Diametri 26 sm olan qaba kağız sərib xəmiri tökürük.
180 dərəcə qızmış sobada 25 dəqiqəyə bişiririk.
Eyni qayda ilə kakaolu biskviti də hazırlayırıq.
Hər ikisini yarıya bölürük.
Yarı böldükdən sonra biskvitləri şəkildəki kimi kəsib iç-içə yığırıq.
Kəsilmiş biskvitlərin içindən ovxantı götürürük.
Hər layın arasına krem çəkirik.
Yanlarını və üstünü də kremləyirik.
Götürdüyümüz ovxantı ilə üstünü şahmat şəklində bəzəyirik.
Nuş olsun!
tort nece hazirlanir, sahmat tortu, tort biskvitini nece hazirlayirlar, tort kremi nece hazirlanir