Ərzaqlar:
1 kq. ət
2 ədəd pomidor
2 ədəd başsoğan
5-6 ədəd alça turşusu
Balaca dəstə nanə, keşniş və şüyüd
Duz
Istiot
Hazırlanması:
Əti yuyub qazana tökürük. Üstünə qabığı soyulub, yuyulmuş soğanı dördbölüb, nazik doğrayıb tökürük.
Turşuları üstünə əlavə edirik.
Təmizlənib yuyulmuş göyərtini xırda doğrayıb, üstünə əlavə edirik.
Pomidoru yuyub halqa doğrayıb düzürük. Yeməyin üstünə duz, istiot səpirik.
Yağ əlavə edib yeməyi vam odda bişməyə qoyuruq.
Yemək suyu çəkilib yağa düşəndə hazır olacaq.
Hazır yeməyi isti-isti süfrəyə veririk.
Nuş olsun!