Ərzaqlar:

Blinçik üçün bax: Blinçikin hazırlanması ([html]http://resept.az/Blincikin-hazirlanmasi-2161.html[/html])

İçlik üçün:
500 q xırda doğranmış qoyun əti
Duz
İstiot
2 ədəd baş soğan
2 ədəd yaşıl bibər
2 ədəd qırmızı bibər
2 x.q əridilmiş kərə yağı
100 q pendir (kaşar ya da holland)

Hazırlanması:

Əti yuyub, üstünə su töküb qoyuruq qazın üstünə. Qaynamağa başlayanda kəfini yığırıq.
Sonra tam bişirənədək qaynadırıq. Bişənə yaxın duz əlavə edirik.

Bibərləri yuyub xırda doğrayırıq.

Pomidorun qabığını soyub xırda doğrayırıq.

Soğanın qabığını soyub, yuduqdan sonra xırda doğrayırıq.

Üstünə yağ duz əlavə edib qızılı rəngdə olanadək qovururuq.

Bişmiş əti də bura əlavə edib 2-3 dəqiqə qarışdırırıq.

Ətin üstünə əvvəlcə bibərləri əlavə edirik.

2-3 dəqiqə bişdikdən sonra pomidoru əlavə edib qarışdırırıq.

Zövqə görə duz və istiotunu töküb qapağını örtürük. Vam odda bişiririk.

Suyu çəkilib yağa düşəndə götürürük.

Hazır bilinçiklərdən birini götürüb içlikdən qoyub şəkildəki kimi büküb soba qabına yığırıq.

Bu şəkildə hamısını büküb yığırıq.

Pendiri sürtgəcdən keçirib üstünə səpirik.

200 dərəcə qızdırılmış sobada pendir əriyib qızılı rəngdə qızaranadək bişiririk.

Hazır bilinçikləri isti-isti süfrəyə veririk.

Nuş olsun!

Comments

comments