Ərzaqlar:

1/2 st duru yağ (qarğıdalı ya zeytun)
2 ədəd yumurta (1 ədəd yumurta sarısı üz üçün)
2 st süd
6 st un (aparanadək)
1 ç.q duz
2 ç.q şəkər tozu
1 paket maya
Sosiska

Hazırlanması:

Südü ilıq isidirik. Undan başqa bütün ərzaqları dərin bir qaba töküb qarışdırırıq.

Sonra undan az-az əlavə edib qarışdırıb əlimiz ilə yumşaq xəmir yoğururuq.

Xəmirin üstünü örtüb 1 saat acımağa qoyuruq.

Acıdıqdan sonra qozdan böyük kündələrə bölüb kündələyirik.

Üç kündəni götürüb uzununa uzadırıq.

Sonra hördükdə hər araya sosiska dilimi qoyuruq.
Hamısını bu şəkildə düzəldirik.

Soba qabına yığırıq.
Üzünə yumurta sarısı vurub 210 dərəcə qızdırılmış sobada qızaranadək bişiririk.

Nuş olsun!

Comments

comments