Ərzaqlar:
Xəmir üçün:
200 q yumşaq kərə yağı
1/2 st şəkər tozu
1 ədəd yumurta
1 paket vanil
1 paket qabartma tozu
2,5 st un-təqribi
İçlik üçün:
600 q kəsmik
1/2 st şəkər tozu
3 x.q buğda nişastası
1 ədəd portağalın qabığı
3 ədəd yumurta
1 paket vanil
Bir çimdik duz
Hazırlanması:
Yumşaq kərə yağı, şəkər tozu və vanili tam qarışanadək çalırıq.
Sonra yumurtanı əlavə edib qarışdırırıq.
Tam qarışdıqdan sonra qabartma tozu ilə unu töküb əvvəl qaşıqla qarışdırıb sonra əlimiz ilə yumşaq xəmir düzəldirik.
Xəmirin 1/3 –ni kloka qoyub soyuducunun buz gözünə qoyuruq donsun.
Qalan xəmiri diametri 26 sm olan qabı yağlayıb içinə yayırıq.
Kənarlardan 3 sm çıxmaq şərti ilə xəmiri qaba yaymaq lazımdır. Qabı içliyi hazırlayana qədər soyuducuya qoyuruq.
İçliyi hazırlamaq üçün yumurtaların ağının üstünə bir çimdik duz töküb mikserlə bərkiyənədək çalırıq.
Kəsmiyi, şəkər tozunu, nişastanı, vanili, portağalın rəndələnmiş qabığını və yumurta sarılarını dərin bir qaba tökürük.
Sonra mikserlə tam qarışanadək çalırıq.
Sonra yumurta ağını az-az qarışığa əlavə edib qaşıqla qarışdırırıq.
İçlik hazırdır.
Soyuducudan xəmir yaydığımız qabı çıxarıb içliyi xəmirin içinə töküb yayırıq.
Soyuducunun buz gözündə olan xəmiri sürtgəcdən keçirib içliyin üstünə tökürük.
170-180 dərəcə qızdırılmış sobada piroqu bir saata bişiririk.
Sobadan çıxarıb soyumağa qoyuruq.
İlıq olanda qabdan çıxardırıq.
Tamam soyuduqdan sonra kəsib çay süfrəsinə verə bilərsiniz.
Nuş olsun!