Ərzaqlar:

125 q yumşaq kərə yağı
1/2 st duru yağ
1/2 st şəkər pudrası
1/2 st qovrulmuş qoz ləpəsi
1/2 st kişmiş sarı ya da qara
2 ədəd yumurta (bir yumurtanın sarısı üzünə)
1 paket qabartma tozu
1 paket vanil
3 st un(şəkildə un qoymaq yaddan çıxıb)
Üzünə çəkmək üçün:
1 ədəd yumurta sarısı

Hazırlanması:
Kişmişi təmizləyib yuyub quruduruq.
Kərə yağını, duru yağı, şəkər kirşanını, yumurtanı və vanili qaba töküb qaşıqla qarışdırırıq.

Sonra kişmişi və qozu doğrayıb əlavə edib qarışdırırıq.

Unu və qabartma tozunu əlavə edib yumşaq xəmir düzəldirik.

Xəmirdən 24 ədəd kündə düzəldirik.

Soba qabına kağız sərib kündələri yığırıq.

Üzünə yumurta sarısı çəkirik.

180 dərəcə qızdırılmış sobada üzü qızaranadək bişiririk.


Nuş olsun!

Comments

comments