Ərzaqlar:

1,5 st. un
1 st şəkər tozu
5 ədəd yumurta
100 q kərə yağı
1 x.q buğda nişastası
2 paket vanil
1 paket qabartma tozu
4 ədəd alma
1 ədəd portağal
400 q kəsmik

Hazırlanması:
Yumşaq yağ ilə şəkər tozunu və 1 paket vanili qarışdırırıq.(1/3 st şəkər tozu)

2 ədəd yumurtanın sarısını əlavə edib qarışdırırıq.

Unu və qabartma tozunu əlavə edib yumşaq xəmir düzəldirik.

Xəmiri diametri 26 sm olan qaba yayıb soyuducuya qoyuruq.

3 ədəd yumurta sarısı ilə qalan şəkər tozunu və 1 paket vanili qarışdırırıq.

Kəsmiyi əlavə edib çalırıq, portağalın qabığını və nişastanı töküb qarışdırırıq.

Yumurta ağlarını tam qatı olanadək mikserlə çalırıq.

Kəsmikli qarışığının üstünə çalınmış yumurta ağını az-az töküb qarışdırırıq.

Soyuducudan xəmiri çıxarıb qarışığı içinə töküb yayırıq.

Portağalın suyunu sıxırıq.
Almalıarın qabığını soyub portağal suyu ilə qarışdırırıq.

Almaları kəsmiyin üstünə yığırıq.

180 dərəcə qızdırılmış sobada 45 dəqiqəyə bişiririk.

İlıq olanda qabdan çıxarırıq.

Zövqə görə soyuyanda üstünə şəkər pudrası səpə bilərsiniz.
Tam soyumuş piroqu kəsib çay süfrəsinə verə bilərsiniz.


Nuş olsun!

Comments

comments