Ərzaqlar:

3 ədəd rəngli bibər
1 ədəd toyuğun döş əti
1 ədəd kök
Balaca dəstə cəfəri
Duz
İstiot
4-5 x.q duru yağ (zeytun yağı)

Hazırlanması:
Tərəvəzləri yuyuruq. Toyuğun döş ətini suda bişiririk. Suyuna az duz tökürük.
Bişdikdən sonra soyuduqda uzun –uzun hissələrə ayırırıq.
Kökü suda bişirib qabığını soyuruq. Soyuyanda nazik uzun doğrayırıq.

Bibərləri təmizləyib nazik uzun doğrayırıq.

Bütün doğranan ərzaqları dərin qaba tökürük.
Cəfərini də təmizləyib, yuyub , xırda doğrayıb əlavə edib qarışdırırıq.

Yağı əlavə edib qarışdırırıq. Sonra zövqə görə duz və istiot töküb qarışdırırıq.

Hazır salatı süfrəyə veririk.

Nuş olsun!

Comments

comments