Ərzaqlar:

500 q sümüksüz quzu əti
3 ədəd pomidor
2 ədəd baş soğan
1 ədəd bibər
Balaca dəstə cəfəri
Duz
İstiot

Hazırlanması:
Tərəvəzləri yuyuruq.
Xırda doğranmış qoyun ətini duzlayıb istiotlayıb qazanın dibinə yığırıq.

Soğanı nazik halqa doğrayıb ətin üstünə tökürük.

Bibəri halqa doğrayıb əlavə edirik.

Pomidoru halqa doğrayıb bibərin üstündən düzürük.

Cəfərini təmizləyib yuyub xırda doğrayıb pomidorun üstündən tökürük.

Zövqə görə duz və istiotunu əlavə edirik. Sonra üstünə qaynamış 1 st su tökürük.
Vam odda bişməyə qoyuruq. Suyu çəkiləndə yemək hazır olacaq.

Yeməyi isti-isti süfrəyə veririk.

Nuş olsun!

Comments

comments