Ərzaqlar:

500 q toyuğun döş əti
3 x.q əridilmiş kərə yağı
2 ədəd baş soğan
3 diş sarımsaq
100 q holland pendiri
1 paket makaron
Duz
İstiot
Beşamel sos üçün:
2 x.q un
1 x.q əridilmiş kərə yağı
2 st süd

Hazırlanması:
Toyuğun döş ətini yuyub xırda doğrayırıq.

Soğanı və sarımsağı xırda doğrayıb üstünə yağ və az duz əlavə edib qovururuq.

Qovrulan soğanın üstünə doğranmış döş ətini tökürük.

Suyu çəkilib yağa düşəndə qovururuq. Zövqə görə duz və istiotunu tökürük.

Makaronu duzlu suda bişirib süzürük.

Makaronu soba qabına töküb yayırıq.

Bişmiş toyuq ətini makaronun ütünə töküb yayırıq.

Beşamel sosu hazırlamaq üçün tavada yağı istidib sonra unu əlavə edib qovuruq südü töküb çalırıq. Qatılaşanadək bişirib götürürük.

Beşamel sosu ətin üstünə töküb yayırıq.

Pendiri süzgəcdən keçirib sosun üstünə səpirik.

200-210 dərəcə qızdırılmış sobada üzü qızaranadək bişiririk.

Nuş olsun!

Comments

comments