Ərzaqlar:
200 q yumşaq kərə yağı
1/2 st duru yağ
1/2 st qatıq
1 paket qabartma tozu
1 paket vanil
4 st un
Yaymaq üçün əlavə un
İçlik üçün:
Alma cemi
Üzünə səpmək üçün:
1 x.q şəkər pudrası
Hazırlanması:
Ələnmiş 3 st unu dərin bir qaba tökürük. Üstünə vanili və qabartma tozunu əlavə edib qarışdırırıq. Sonra yumşaq kərə yağını töküb əlimiz ilə ovuruq.
Ovulmuş xəmirin üstünə duru yağı və qatığı əlavə edib qarışdırırıq.
Qalan ununu üstünə töküb yumşaq xəmir düzəldirik.
Xəmirdən eyni ölçülü 6 kündə düzəldirik.
Bir kündəni götürüb altına un səpib diametri 18 sm yayırıq.
Bıçaqla 4 yerə bölürük. Sonra şəkildəki kimi kəsirik.
Çem qoyub bükürük.
Bu şəkildə hamısını düzəldib soba qabına kağız sərib yığırıq.
170-180 dərəcə qızdırılmış sobada az qıazranadək bişiririk.
Soyuduqdan sonra üstünə şəkər pudrası səpirik.
Nuş olsun!