Ərzaqlar:

2 st süd
1 ədəd yumurta ağı
1/2 st duru yağ
1 paket tez maya
1 ç.q duz
2 ç.q şəkər tozu
6 st un

Arası üçün:
100 q kərə yağı
100 ağ pendir

Üzü üçün:
1 ədəd yumurta sarısı
Küncüt, çörəkotu

Hazırlanması:

Kərə yağını əridib bir kənara qoyuruq yuxaları yağlamaq üçün. Südü ilıq istidirik. İlıq olanda dərin bir qab götürüb duru yağı və südü tökürük.
Üstünə mayanı, duzu, şəkər tozunu və yumurtanın ağını əlavə edib qarışdırırıq.

Qarışığın üstünə undan az-az töküb qarışdırıb yumşaq xəmir düzəldirik.

Xəmiri isti yerdə 1-2 saat saxlayırıq acıyır.

Xəmirdən 8 ədəd kündə düzəldirik.

Kündələrin hamısını un səpib diametri 20 sm olmaqla oxlovla yayırıq.




Bütün yaydığımız yuxaların arasını kərə yağı ilə yağlayıb üst-üstə yığırıq. Axırıncı yuxanı yağlamırıq.


Sonra oxlovu əlimizə alıb qalınlığı 0,5 sm olanadək yaymağa başlayırıq.

Bıçaqla yuxanı 16 yerə bölürük.

Bir bölünmüş üçkünc xəmirin enli tərəfinə pendirdən qoyub şəkildəki kimi bükürük.



Bu şəkildə hamısını bükürük.
Soba qabına kağız sərib yığırıq. 30 dəqiqə gözləyirik.

Sonra üzünə yumurta sarısı çəkib çörəkotu və küncüt səpirik.

180 dərəcə qızdırılmış sobada qızaranadək bişiririk.

Nuş olsun!

Comments

comments