Ərzaqlar:
3 ədəd yumurta
1 st şəkər tozu
1 st duru yağ
1 st süd
3 x.q kakao
2 st un
1 paket qabartma tozu
Şirəsi üçün:
1 st süd
1 paket qara şokalad(90q)
Bəzək üçün: kakos
Hazırlanması:
Yumurta ilə şəkər tozunu bərkiyənədək çalırıq.
Sonra duru yağı əlavə edib çalırıq.
Südü əlavə edib çalırıq.
Qabartma tozunu və unu əlavə edib çalırıq.
Kakaonu əlavə edib çalırıq.
Qabı yağlayıb xəmiri töküb yayırıq.
180 dərəcə qızdırılmış sobada 25 dəqiqəyə bişiririk.
Keks bişən müddətdə şirəni hazırlayırıq. Şirəsi üçün südü qaynayana qədər istidirik.
Üstünə şokaladı əlavə edib tam həll olanadək qarışdırırıq.
Sobadan çıxan keki 5 dəqiqə gözləyib sonra bıçaqla kəsirik.
(Mən keksi tərsinə çevirdim)
Şirəni keksin üstünə əlavə edirik.
Keks tam soyuyandan da sonra 2-3 saat saxlayırıq şokaladlı südü özünə çəksin.
Sonra kakosla bəzəyirik. Artıq çay süfrəsinə verə bilərsiniz.
Nuş olsun!