(Türk mətbəxi) Ərzaqlar:

4 ədəd hazır yuxa
300 q hazır bişmiş qiymə
1 st süd
1/2 st duru yağ
2 ədəd yumurta(Sarısı üzü üçün)
1/2 ç.q çörəkotu
1/2 ç.q küncüt

Hazırlanması:

Yağ, süd və yumurta ağını qarışdırırıq.

Yuxanın birini götürüb qarışıq ilə isladırıq.

Şəkildəki kimi islanmış yuxanı qatlayırıq.

Bir tərəfindən bişmiş hazır qiymədən tökürük.

Şəkildəki kimi bükürük.

Soba qabına kağız qoyub bütün yuxaları hazırlayıb yan-yana yığırıq.

Qalan süd qarışığının üstünə yumurtanın sarısını əlavə edib qarışdırıb üzünə çəkirik. Üstünə çörəkotu və küncüt səpirik.

Bığaqla bərabər hissələrə bölürük.

200-220 dərəcə qızdırılmış sobada üzü qızaranadək bişiririk.

Nuş olsun!

Comments

comments