Ərzaqlar:


200 q xama
3/4 st şəkər tozu
2 ədəd yumurta
50 q kərə yağı
1,5 st un
1 paket qabartma tozu
1 paket vanil
250 q qarağat
1 x. un qarağatı qarışdırmaq üçün

Hazırlanması:

Yağ ilə şəkər tozunu tam qarışanadək çalırıq.

Yumurtanı əlavə edib tam qarışanadək çalırıq.

Xamanı əlavə edib tam qarışanadək çalırıq.

Vanili, qabartma tozunu və unu əlavə edib çalırıq.

Təmizlənib yuyulmuş qarağatı suyu süzüldükdən sonra üstünə 1 x.q un töküb qarışdırırıq.

Sonra qarağatı xəmrə əlavə edib qarışdırırıq.

Qablara tökürük.

180 dərəcə qızdırılmış sobada 25-30 dəqiqəyə bişiririk.

Tamam soyuduqdan sonra zövqə görə istəsəniz üstünə şəkər kirşanı səpə bilərsiniz.

Nuş olsun!

Comments

comments