Ərzaqlar:
Biskvit üçün:
10 ədəd yumurta
2 st şəkər tozu
8 x.q dolu un
8 x.q nişasta
2 paket qabartma tozu
1 ədəd limononun qabığı
Yuxarıdakı ərzaqlara görə 2 ədəd biskvit bişiririk. Hər bir bişkvitə aşağıdakı reseptlə ərzaq götürürük.
5 ədəd yumurta
1 st şəkər tozu
4 x.q dolu un
4 x.q nişasta
1 paket qabartma tozu
1/2 ədəd limononun qabığı
Krem üçün:
200 q kəsmik
200 q qaymaq
1/2 banka qatılaşdırılmış süd (bişmiş ya da çiy)
1/2 paket vanil (zövqə görə)
Üstü və araları üçün:(Zövqə görə meyvələrdən istifadə edə bilərsiniz)
Qoz ləpəsi
Şokalad
Hazırlanması:
Kremi hazırlamaq üçün ərzaqların hamısını bir qaba töküb tam həll olanadək mikserlə çalırıq. Kremimiz hazırdı.
Yumurtanın ağını sarısından ayırıb ağını mikserlə köpüklənənə qədər çalırıq.
Sonra üstünə şəkər tozunu və vanili əlavə edib çalırıq.
Yumurta sarılarını əlavə edib çalırıq.
Un, nişasta və qabartma tozunu qarışdırıb əlavə edib qaşıqla qarışdırırıq.
Limon qabığını sürtgəcdən rəndələyib xəmirə əlavə edib qarışdırırıq.
Qaba kağız sərib xəmiri tökürük.
180 dərəcə qızdırılmış sobada tam bişənədək bişiririk. Bişəndə qabdan çıxardırıq .
Hər iki biskviti bişirib qurtardıqdan sonra tam soyuyanda hər birini ikiyə bökürük. Yəni 4 lay alınacaq.
Layların arasına krem çəkib üst-üstə yığırıq.
Yanlarını və üstünü kremləyirik.
Zövqə görə bəzəyirik.
Nuş olsun!