(Qarabağ mətbəxi)

Ərzaqlar:


200 q xama
2 st qatıq(suyu süzülmüş)
1 ədəd yumurta
1-2 x.q əridilmiş kərə yağı
1 ədəd baş soğan
1 çimdik zəfəran
1 x.q dolu quru nanə ya da bir dəstə təzə nanə
Duz

Hazırlanması:

Süzülmüş qatığın üstünə xama, yumurta və az duz səpib çalırıq.


Soğanın qabığını soyub yuduqdan sonra xırda doğrayırıq.

Doğranmış soğanın üstünə duz və yağ əlavə edib qızılı rəngdə olanadək qovururuq.

Qovrulmuş soğanın üstünə zəfəranı və nanəni əlavə edib 2-3 dəqiqə qovururuq.

Sonra çalınmış qatıq qarışığını az-az əlavə edib qarışdırırıq.

10-15 dəqiqə qarışdıra-qarışdıra bişiririk. Zövqə görə duzunu əlavə edirik.

Qırtonu quru yeməklərin yanında süfrəyə verə bilərsiniz.

Nuş olsun!

Comments

comments