Ərzaqlar:
2 ədəd yumurta
1st şəkər tozu
1 st qatıq
1/2 st duru yağ
2 st un
1 paket qabartma tozu
2 ədəd alma
Ç.q ucunda darçın
Hazırlanması:
Yumurtanı şəkər tozu ilə çalırıq.
Sonra duru yağı töküb çalırıq.
Qatığı əlavə edib çalırıq.
Qabartma tozunu un ilə qarışdırıb tökürük. Mikserlə aşağı sürətlə tam qarışanadək çalırıq.
Diametri 26 sm olan qabı kərə yağı ilə yağlayıb xəmiri tökürük.
Almanın qabığını soyub dilimləyirik və xəmirin üstünə düzürük.
180 dərəcə qızdırılmış sobada hazır olanadək bişiririk. Çöplə yoxlayırıq. Biskviti bişibsə hazır olacaq.
İsti-isti üstünə darçın səpirik.
İlıq olanda qabdan çıxardırıq. Soyuduqdan sonra piroqu kəsib çay süfrəsinə verə bilərsiniz. Arzuya görə piroqun üstünə şəkər kirşanı səpə bilərsiniz.
Nuş olsun!