(Naxçıvan mətbəxi)

Ərzaqlar:


500 q çəkilmiş ət
3 ədəd baş soğan
1 ədəd şirin bibər
3 ədəd pamidor
3-4 ədəd kartof
3 x.q əridilmiş kərə yağı
1 ədəd yumurta
1 dəstə kəvər
1 dəstə keşniş ilə şüyüd
1/2 st su
Duz
Istiot

Hazırlanması:

Ət maşınından keçirilmiş ətin üstünə təmizlənib yuyulmuş 1 ədəd soğanı və 1 ədəd balaca kartofu maşından keçiririk. Üstünə yumurtanı, duzu və istiotu əlavə edib yaxşı qarışdırırıq.

Birinci qazana pomidordan halqa doğrayıb düzürük.

Pomidorun üstünə 2 ədəd balaca soğanı təmizləyib, yuyub, nazik halqa doğrayıb tökürük.

Soğanın üstünə kartofu təmizləyib yuyub, halqa doğrayıb düzürük.

Kartofun üstündən ətdən küftələr hazırlayıb düzürük.

Ətin üstünə bibəri yuyub, halqa doğrayıb düzürük.

Bibərin üstünə kəvər, keşniş və şüyüdü təmizləyib yuyub xırda doğrayıb tökürük.

Göyərtilərin üstünə pomidordan bir qat düzürük. Üstünə duz və istiot səpirik. Yağ əlavə edirik. Suyunu tökürük.

Yemək suyu çəkilib yağa düşəndə hazır olacaq.

Nuş olsun!

Comments

comments