Ərzaqlar:

Xəmir üçün:

200 q kərə yağı
1/2 st şəkər tozu
2,5 st un
2 ədəd yumurta
Bir çimdik duz
1 paket qabartma tozu
1 paket vanil
İçlik üçün:
600 q kəsmik
2 ədəd yumurta
1/2 st şəkər tozu
4 x.q nişasta
1/2 limon
2 ədəd alma
50q qovrulmuş qoz
50 q kişmiş
50 q qaysı

Hazırlanması:

Unu bir qaba ələyib üstünə duzu, qabartma tozunu, vanili töküb qarışdırırıq.
Sonra yağı əlavə edib ovuruq.

Şəkər tozunu töküb qarışdırıb yumurtanı əlavə edib yumşaq xəmir düzəldirik.

Xəmirin 1/3 ni soyuducunun buzxanasına qoyuruq donsun.

Qalan hissəni diametri 26 sm olan qabı yağlayıb içinə yayırıq. Xəmir yanlardan 3-4 sm hündürlükdə olmalıdır.
Xəmiri soyuducuya qoyuruq.

İçliyi hazırlayırıq.
İçlik üsün dərin bir qaba kəsmiyi, yumurtanı, şəkər tozunu, nişastanı, limonun qabığını töküb mikserlə tam qarışanadək çalırıq.

Almanın qabığını soyub sürtgəcin böyük gözündən keçirikik. Üstünə limonun yarısını sıxıb qarışdırırıq.

Qozu xırda doğrayırıq.

Kişmiş ilə qaysını yuyub 10-15 dəqiqə isti suda qoyduqdan sonra sudan çıxarıb qurulayırıq.

Xəmiri soyuducudan çıxarıb əvvəlcə kişmişi, qaysını və qozun yarısını tökürük.

Sonra kəsmikli içliyi tökürük.

Kəsmikli içliyin üstündən almanı tökürük.

Almanın üstündən soyuducunun buzxanasında olan xəmiri sürtgəcdən keçirib tökürük.

Qalan qoz ləpəsini üstünə səpirik.

170-180 dərəcə qızdırılmış sobada 50-60 dəqiqəyə bişiririk.

İlıq olanda qabdan çıxarırıq.

Tamam soyuduqdan sonra kəsib çay süfrəsinə verə bilərsiniz.

Nuş olsun!

Comments

comments