Ərzaqlar:

Biskvit üçün:

5 yumurta
1 st şəkər tozu
1/2 st un
4 x.q nişasta
1 paket qabartma tozu
1 paket vanil

Krem üçün:


250q maskarpon
1/2 banka qatılaşdırılmış süd (bişmiş ya da çiy)
1/2 paket vanil (zövqə görə)
2 x.q çəkər kirşanı(zövqə görə azaldıb artıra bilərsiniz)

Üstü və araları üçün:

Banan
Qoz ləpəsi
Şokolad

Hazırlanması:

Kremi hazırlamaq üçün baxın: Qatılaşdırılmış süd ilə maskarpon kremi

Xəmiri hazırlamaq üçün yumurtanın ağını sarısından ayırıb ağını mikserlə köpüklənənə qədər çalırıq.

Sonra üstünə şəkər tozunu və vanili əlavə edib çalırıq.

Yumurta sarılarını əlavə edib çalırıq.

Nişasta və un ilə qabartma tozunu qarışdırıb əlavə edib qaşıqla qarışdırırıq.

Qaba kağız sərib xəmiri tökürük.

180 dərəcə qızdırılmış sobada tam bişənədək bişiririk.

Bişəndə qabdan çıxardırıq. Tam soyuyanda ikiyə bökürük.


Birinci laya krem çəkib, qoz ləpəsi səpib, bananı dilimləyib düzürük.

İkinci layı qoyub yanlarını, üstünü kremləyib üstünə banan və qoz ləpəsi, şokoladla zövqə görə bəzəyirik.

Nuş olsun!

Comments

comments