Ərzaqlar:


Xəmir üçün:

2 st un

150 q kərə yağı

1/2 st şəkər tozu

1 ədəd yumurta

1 paket qabartma tozu

İçlik üçün:

400 q kəsmik

2 ədəd yumurta

100 q xama

1/2 st şəkər tozu

250 q qarağat

Hazırlanması:

Yuyulub təmizləniş qarağatı süzgəcdə qoyuruq suyu çəkilir.

Un ilə qabartma tozunu qarışdırıb, sonra yumşaq yağla ovuruq.

Üstünə yumurta ilə şəkər tozunu əlavə edib yumşaq xəmir düzəldirik. Xəmiri 30 dəqiqəlik soyuducuya qoyuruq.


İçliyi hazırlayırıq. İçlik üçün olan ərzaqları (qarağatdan başqa) dərin bir qaba töküb mikserlə qarışanadək çalırıq.


Sonra qarağatı əlavə edib qarışdırırıq. İçlik hazırdı.

Xəmiri soyuducudan çıxarıb diametri 26 sm olan qabı yağlayıb içinə yayırıq. Xəmir kənardan 3-4 sm çıxmalıdır.

Yaydıqdan sonra içliyi tökürük.

180 dərəcə qızdırılmış sobada 50-60 dəqiqəyə bişiririk.

Bişdikdən sonra 10-15 dəqiqə sobanı söndürün, piroq içində qalsın.
İlıq olanda qabdan çıxardırıq.

Tamam soyuduqdan sonra kəsib çay süfrəsinə verə bilərsiniz.
Zövqə görə istəsəniz üstünə şəkər kirşanı səpə bilərsiniz.

Nuş olsun!

Comments

comments