Ərzaqlar:

Xəmir üçün:
4 st un
200 q yağ
200 q xama
1 paket qabartma tozu üzünə 1 x.q şəkər kirşanı
İçlik:
400 q kəsmik
1 st şəkər tozu
0,5 st un
1 paket vanil

Hazırlanması:

Ələnmiş unun üstünə yağı əlavə edib əlimiz ilə ovuruq.

Ovuntunun üstünə xamanı, qabartma tozunu əlavə edib yumşaq xəmir yoğururuq.
Xəmiri sellofana qoyub 2 saat soyuducuda saxlayırıq.İçliyi hazirlamaq üçün kəsmik, şəkər tozu, un və vanili qarışdırırıq.
Xəmirdən qoz boyda 18-20 kündə düzəldirik.

Kündənin birini götürüb əlimiz ilə yumru yayırıq.
Içlik qoyub bükürük.

Bükülən tərəfi alta qoyub yayıb yumrulayırıq.

Bu şəkildə hamısını düzəldirik.Qaba kağız sərib yığırıq.

180 dərəcədə qızdırılmış sobada 20-25 dəq bişiririk.
Soyuduqdan sonra üstünə şəkər kirşanı səpə bilərsiniz.

Nuş olsun!

Comments

comments