Ərzaqlar


Biskvit üçün:
3 ədəd yumurta
1/2 st şəkər tozu
1/2 st un
İçlik üçün:
1 ədəd portağal
1/3 st şəkər tozu

Hazırlanması:

İçliyi hazırlamaq üçün portağalı yuyub xırdalayıb blenderdən keçiririk. Qabığı ilə birgə. Sonra qoyun bir kənara şəkər tozunu ruletin içinə yayanda qarışdırıb yayarsınız.


Biskviti hazırlamaq üçün yumurtanın ağını sarısından ayırıb bərkiyənədək mikserlə çalırıq.

Üstünə şəkər tozunu az-az əlavə edib yenə çalırıq.

Yumurta sarılarını əlavə edib yenə tam qarışanadək çalırıq.

Ələnmiş unu az-az əlavə edib qaşıqla qarışdırırıq.

Soba qabına kalka kağızı sərib xəmiri töküb yayırıq.

180 dərəcə qızdırılmış sobada 10 dəqiqəyə bişiririk. Çox saxlamayın ki qurumasın.

Biskviti isti-isti tez büküb qoyuruq.

Portokalı şəkər tozu ilə qarışdırırıq.

İsti bükülmüş ruleti açıb içliyi yayırıq.

İçliyi çəkdikdən sonra bükürük. Baş hissələrini kəsirik .

1-2 saat qaldıqdan sonra ruleti kəsib çay süfrəsinə verə bilərsiniz.

Nuş olsun!

Comments

comments