Ərzaqlar:
1 st qatıq
2 ədəd yumurta
1 st bir barmaq az şəkər tozu
100 q kərə yağı
2,5 st un
1/2 st kişmiş
1 paket vanil
1 paket qabartma tozu
Hazırlanması:
Yumurtanı şəkər tozu və vanillə çalırıq.
Yumşaq kərə yağını və qatığı töküb yenidən tam qarışanadək çalırıq.
Sonra unu və qabartma tozunu töküb qarışdırırıq.
Ən sonra kişmişi yuyub qurulayıb xəmirə əlavə edirik.
Xəmiri balaca qablara yığırıq.
180 dərəcə qızdırılmış sobada 25-30 dəqiqəyə bişiririk.
Nuş olsun!