Ərzaqlar:

100-150 q feta pendiri

3 ədəd şirin bibər

3 ədəd yumurta

1 diş sarımsaq

1 balaca dəstə şüyüd

Bəzək üçün zeytun

Hazırlanması:

Yumurtanı suda bərk bişirib soyudub qabığını soyuruq.

Bibərin yuyub başını kəsib içini təmizləyirik.

Şüyüdü təmizləyib yuyub xırda doğrayırıq.

Sarımsağın qabığını soyub yuyub sarımsaq əzənlə əzirik.

Pendir, sarımsaq və şüyüdü qarışdırırıq.

Bibərin içinə pendir qarışığı yığıb yumurtanı yerləşdiririk.

Hazırladıqdan sonra halqa dilim kəsirik.

Zeytunla zövqə görə bəzəyib süfrəyə veririk.

Nuş olsun!

Comments

comments