Ərzaqlar:

Xəmir üçün:

1 st un

2 ədəd yumurta

1/3 st şəkər tozu

1 paket vanil

1/2 paket qabartma tozu

Üzlük üçün:

20 q kərə yağı

1/3 st şəkər tozu

300-350 q albalı

1 x.q kartof nişastası

Hazırlanması:

Tavaya yağı və şəkər tozunu töküb vam odun üstünə qoyub qarışdırırıq.

Yağ əriyib şəkər tozu ilə qarışanda tumu çıxarılmış albalını tavaya töküb qarışdırıb üstünə nişastanı əlavə edib 2-3 dəqiqə qarışdırıb götürürürük. (Şəkər tozunun əriməyini gözləməyin. Tamam ərisə şirni kimi bərk olacaq)

Şəkər tozu, vanil və yumurtanı ağaranadək mikserlə çalırıq.

Sonra qabartma tozunu və unu əlavə edib aşağı sürətlə çalırıq.

Diametri 26 sm olan qaba əvvəlcə albalını töküb yayırıq.

Sonra üstünə xəmiri töküb yayırıq.

180 dərəcə qızdırılmış sobada 20-25 dəqiqəyə bişiririk. (Bişməsini çöplə yoxlayırıq)

İlıq olan kimi qabı çeviririk. Tamam soyuduqdan sonra kəsib çay süfrəsinə verə bilərsiniz.

Nuş olsun!

Comments

comments