Ərzaqlar:

Xəmir üçün:

2 st un

150 q kərə yağı

1 st şəkər tozu

4 ədəd yumurta

200 q kəsmik

1 paket qabartma tozu

1 ədəd limonun qabığı

Hazırlanması:

Kərə yağını sürtgəcin böyük gözündən keçiririk.

Yağın üstünə şəkər tozunu töküb mikserlə çalırıq.

Kəsmiyi əlavə edib çalırıq.

Yumurtanı əlavə edib çalırıq.

Limonu yuyub quruluyub qabığını sürtgəcin xırda gözündən keçiririk. Limonun qabığını töküb çalırıq.

Qabartma tozunu və unu əlavə edib aşağı sürətlə tam qarışanadək çalırıq.

Qaba xəmiri tökürük. Qabınız yapışdırırsa yağlayıb un səpib sonra xəmiri tökə bilərsiniz.

170-180 dərəcədə qızdırılmış sobada 50-55 dəqiqəyə bişiririk.

İlıq olanda qabdan çıxardırıq.

Tamam soyuduqdan sonra kəsib çay süfrəsinə veririk.

Nuş olsun!

Comments

comments