Ərzaqlar:

Xəmir üçün:

5 st un

1 ədəd yumurta

1 ç.q quru maya

1 ç.q duz

1+1/3 st (təqribi) ilıq süd ya da su

Aralarını yağlamaq üçün:

200 q kərə yağı

Qızartmaq üçün:

Duru yağ

Üstünə səpmək üçün:

Şəkər kirşanı ya da şəkər tozu

Yuxaları yaymaq üçün:

Əlavə un

Hazırlanması:

Quru mayanı az suda qarışdırırık 5-10 dəqiqə saxlayırıq.

Unu bir qaba ələyib mayalı suyu, duzu, südü ya da suyuvə yumurtanı əlavə edib yumşaq xəmir yoğururuq.

Xəmiri 2 saat isti yerdə saxlayırıq acıyır.

Xəmiri 7-8 yerə bölüb kündəliyirik. Kündənin birini götürüb un səpərək oxlovla nazik yuxa yayırıq.

Yuxaların aralarına çəkmək üçün kərə yağını əridirik.

Yuxanın üstünə ilıq yağdan töküb yağlayırıq.

Bu şəkildə bütün kündələri yayıb yağlayırıq. Axırıncı layı yağlamırıq.

Qoğalda olduğu kimi lent şəklində kəsib yumrulayırıq.

Sonra hər bir yumurulanmış dürgəyi üç dəfə burub qalınlığı 1 sm olmaqla yayırıq.

Qazanda yağı istidirik. Qızmaış yağda bir-bir bişiririk.Yağ qatlamanın üstünə çıxmalıdır.

Bu şəkildə hamısını bişiririk. Bişirib yığanda altına solfet qoyuruq ki, yağını çəksin.

Üstünə şəkər tozu ya da şəkər kiranı səpib süfrəyə veririk.

Nuş olsun!

Comments

comments