Ərzaqlar:

700 q sümüklü qoyun əti

6 ədəd pomidor

5 ədəd kartof

5 ədəd baş soğan

3-4 ədəd badımcan

Balaca dəstə keşniş

1/2 st su

Duz

Istiot

Hazırlanması:

Tərəvəzləri təmizləyib yuyuruq.

Əti yuyub duz və istiot səpib qarışdırırıq.

Soğanı xırda doğrayırıq.

Pomidorun qabığını soyub halqa doğrayırıq.

Kartofu iki ya da dörd bölürük.

Badımcanı halqa doğrayırıq. Duzlayıb 5-10 dəqiqə saxladıqdan sonra sıxıb acı suyunu çıxarıb yuyuruq.

Birinci söğanı qazana tökürük.

Sonra əti tökürük.

Ətin üstünə kartofu düzürük.

Badımcanı tökürük.

Pomidoru düzürük.

Sonra doğranmış göyərtini səpirik.

Duz, istiot və suyu əlavə edib vam odda bişməyə qoyuruq.(İstiot əvəzinə təzə acı bibərdən də tökə bilərsiniz)

2-2,5 saata bişiririk. Hazır olanda az suyu qalacaq.

Yeməyi isti-isti süfrəyə veririk.

Nuş olsun!

Comments

comments