Ərzaqlar:

2 ədəd yumurta

1 st şəkər tozu

2 st un

1/2 st duru yağ

1/2 st qovrulmuş fındıq ləpəsi

200 q xama

2 x.q kakao

1 paket qabartma tozu

1 paket vanil

Hazırlanması:

Yumurtanı şəkər tozu ilə ağaranadək mikserlə çalırıq.

Yağı əlavə edib mikserlə çalırıq.

Xamanı əlavə edib mikserlə çalırıq.

Vanili əlavə edib mikserlə çalırıq.

Unu, qabartma tozunu və kakaonu bir qabda qarışdırırıq.

Qarışığı əlavə edib aşağı sürətlə mikserlə çalırıq.

Fındığı əlavə edib çalırıq.

Qabı kərə yağı ilə yaxşı yağlayırıq.

Xəmiri tökürük.

180 dərəcə qızdırılmış sobada 45 dəqiqəyə bişiririk.

Soyuduqdan sonra zövqə görə istəsəniz üstünə şəkər kirşanı səpə bilərsiniz.

Nuş olsun!

Comments

comments