Ərzaqlar:

3 st un

200 q kərə yağı

1/2 st şəkər tozu

2 ədəd yumurta

1 x.q sirkə

1/2 ç.q soda

Ç.q ucunda duz

İç üçün:

1-2 banka qatılaşdırılmış süd (Tam doldurduqda 2 ədəd qatılaşdırılmış süd lazım olacaq)

1 paket vanil

Zövqə görə qoz, findıq, badam və s ləpəsi

Hazırlanması:

Yağı qazın üstündə tam əridirik.(qaynatmırıq)

Yağ qaynar olanda şəkər tozunu və duzu əlavə edib qarışdırırıq. Şəkər tozu tamam əriyəcək.

Yumurtanı əlavə edirik və sonra sodanı sirkə ilə qarışdırıb üstünə əlavə edib qarışdırırıq.

Unu əlavə edib əvvəl qaşıqla yaxşı qarışdırırıq.

Xəmirdən əlimizlə balaca fındıqdan az böyük yumurulayıb qabın içinə qoyuruq. Ağzını örtürük.

Qazın üstündə vam odda 5-10 dəqiqə bişiririk.(Əvvəl bir az gec bişəcək sonra qad istindikcə daha tez bişəcək.) Bişirdikdə arada baxırıq ki yanmasın. Bir tərəf qızaranda o biri tərəfini çevirib o tərəfini də bişiririk. Bu şəkildə xəmir qurtaranadək bişiririk.

İçlik üçün qatılaşdırılmış südü 2 saat suda qaynadırıq.

Bişmiş qatılaşdırılmış süd də alıb istifadə edə bilərsiniz. Onda bişirməyə ehtiyac qalmayacaq. Soyuduqdan sonra açıb üstünə vanil töküb qarışdırırıq.

Qozlar soyuduqda hər iki hissəyə qatılaşdırılmış süddən qoyub ortasına ləpə qoyub ağız-ağıza bağlayırıq. 50-55 ədəd qoz alınacaq.

Nuş olsun!

Comments

comments