Ərzaqlar:
Biskvit üçün:
1st +1/3 st un
1 st şəkər tozu
200 q xama
4 ədəd yumurta
100 q kərə yağı
Ç.q ucunda duz
1 paket qabartma tozu
3 x.q kakao
Beze üçün:
6 yumurta ağı
1,5 st şəkər tozu
Krem üçün:
150 q kərə yağı
1 banka bişmiş qatılaşdırılmış süd
Araları və üstü üçün:
250 q araxist ləpəsi
Üstü üçün:
200 q şokolad
20 q kərə yağı
Hazırlanması:
6 ədəd yumurtanın ağını sarısından ayırırıq.
Ağını bərkiyənə qədər mikserlə çalırıq.
Üstünə şəkər tozunu əlavə edib yenə çalırıq.
Bezeni diametri 26 sm olan qaba kağız sərib tökürük.100-110 dərəcədə qızdırılmış sobada 1 saata bişiririk. (Beze tamam qurumalıdır)
Biskiviti hazırlamaq üşün yumşaq kərə yağını şəkər tozu ilə mikserlə çalırıq.
4 ədəd yumurtanı əlavə edib yenə mikserlə çalırıq.
Sonra xamanı əlavə edib mikserlə çalırıq.
Bir qabda unu, kakaonu, duzu və qabartma tozunu qarışdırırıq.
Un qarışığını üstünə əlavə edib mikserin aşağı sürəti ilə yenə çalırlq.
Diametri 26 sm olan qaba kağız sərib (ya da qabı yağlayıb) xəmiri tökürük.
160 dərəcə qızdırılmış sobada 45 dəqiqəyə bişiririk.
Soyuduqdan sonra iki yerə bölürük. Araxisti qovururuq.
Kremi hazırlamaq üçün yağı ağaranadək çalırıq.
Sonra bişmiş qatılaşdırılmış südü əlavə edib çalırıq.
Əvvəlcə birinci layı qoyub kremləyib araxist səpirik.
Sonra bezeni qoyuruq. Yenə kremləyib araxist səpirik.
Biskvitin o biri layini da qoyub üstünü və yanlarını kremləyirik.
Şokoladı yağ ilə su hamamında əridib tortun üstünə töküb yayırıq.
Zövqə görə araxistlə bəzəyirik.
Nuş olsun!