Ərzaqlar:1 st lobya, 300 q ət, 2 x.q əridilmiş kərə yağı, 1 x.q pomidor məti, 2 baş soğan, 1 ədəd kök, 2 ədəd pomidor, 1 ədəd şirin bibər, 1 balaca dəstə keşniş və şüyüd, duz, istiot, 4 st bulyon, 2 st su

Hazırlanması:

Lobyanı axşamdan islağa qoyuruq. Əti təmizləyib yuyub suda yarımhazır olanadək bişiririk. Soğanın qabığını soyub yuduqdan sonra xırda doğrayırıq.Şirin bibəri yuyub təmizləyib xırda doğrayırıq.Kökü təmizləyib yuyub sürtgəcdən keçiririk.Pomidoru yuyub qabığını soyub xırda doğrayırıq.Soğanın üstünə yağı əlavə edib qızılı rəngdə olanadək qovururuq.Pomidor mətini əlavə edib 2-3 dəqiqə qovururuq.Bibəri əlavə edib 2-3 dəqiqə qovururuq.Kökü və pomidoru əlavə edib 2-3 dəqiqə qovururuq.Əti əlavə edib 2-3 dəqiqə qovururuq.Ət suyunu və suyu əlavə edib bişiririk. Su qaynamağa başlayanda lobyanı tökürük.Yeməyin kəfini yığırıq. Lobya və ət tam bişdikdə yeməyimiz hazır olacaq.Yemək hazır olmağa 10-15 dəqiqə qalmış duz və istiotunu tökürük.Şorbanı süfrəyə verdikdə keşniş ilə şüyüdü təmizləyib yuduqdan sonra xırda doğrayıb yeməyin üstünə tökürük.

Nuş olsun!

lobya, lobya supu, lobyadan sup, lobya şorbası 

Comments

comments