Ərzaqlar:

250 q peçenye

200 q kərə yağı

2 x.q kakao

İç üçün:

3 x.q şokolad yağı

3 ədəd banan

20 q kərə yağı

2 x.q şəkər tozu

Krem üçün:

200 q qaymaq

2 x.q şəkər kirşanı

1/2 ç.q vanil

Hazırlanması:

Peçenyeləri əlimizlə əzirik.

Əzilmiş peçenyeyə kakaonu qarışdırırıq.

Yağı əridib peçenye ilə qarışdırırıq.

Peçenye qarışığını qaba yayıb, soyuducuya qoyuruq.

20 q olan kərə yağını tavaya töküb bananları yarı bölüb,
iki yerə kəsirik üstünə şəkər tozu əlavə edib, yağda hər iki üzünü qızardırıq.

Peçenyeni soyuducudan çıxarıb şokalad yağını içinə çəkirik.

Bananlar soyuyana qədər yenə soyuducuya qoyuruq.
Banan soyuyanda peçenyeni çıxarıb bananı içinə düzürük.

Qaymaq ilə şəkər kirşanını və vanili çalırıq.

Çalınmış qaymağı bananların üstünə tökürük.

Zövqə görə tortun üzünə doğranmış qoz ya da kakao tozu səpib bəzəyə bilərsiniz.

Hazır tortu  2 saat soyuducuda saxladıqdan sonra süfrəyə veririk.

Nuş olsun!

Comments

comments