Ərzaqlar:

1 kq zoğal

1 kq şəkər tozu

1 st su

Hazırlanması:

Zoğalı təmizləyib yuyuruq. Su ilə şəkər tozunu qarışdırıb qazın üstünə qoyuruq.

Şəkər əriməyə başlayanda zoğalı tökürük. Astaca qarışdırırıq.

Qaynara düşəndə 5 dəqidə qarışdırıb götürürük.
Yarım saat qalsın. Sonra yenidən qaza qoyub bişiririk.

Üzünə çıxan kəfi yığırıq və asta-asta qarışdırırıq ki, hər tərəfi eyni bişsin.

Kəfi azalanda mürəbbə ortasından qırmızı köpüklə qaynayır onda bilinir ki, hazır olmağa az qalıb.
Qaşığı qaldırıb suyu az ağırlaşmaq istəyəndə götürürük.

Zoğal mürəbbəmiz hazırdı. Mürəbbə soyuduqdan sonra bankalara yığırıq.

Nuş olsun!

Comments

comments