Ərzaqlar:

Biskvit üçün:

10 ədəd yumurta

2 st şəkər tozu

2 st un

2 x.q kakao

1 ç.q vanil

Krem üçün:

1 banka qatılaşdırılmış süd

200 qr kərə yağı

1/2 ç.q vanil

Bəzək üçün:

Şokolad

Kokos

Qoz ləpəsi

Hazırlanması:

Kremi hazırlamaq üçün bax: [url=http://resept.az/Qatilasdirilmis-sud-ile-yagli-krem-2706.html]Qatılaşdırılmış süd ilə yağlı krem[/url]

Bu tortu hazırlamaq üçün biskviti iki dəfəyə çalırıq.
Birincini  hazırlamaq üçün 5 yumurtanın sarısını ağından ayırırıq.
Ağını köpüklənənə qədər çalırıq.

Şəkər tozunu az-az töküb çalırıq.

Yumurta sarılarını bir-bir töküb çalırıq.

Unu və vanili əlavə edib qaşıqla qarışdırırıq.

Qaba kağız qoyub qarışığı töküb bərabər yayırıq. (qabın diametri 26-28 sm)

İkincini hazırlamaq üçün yenə eyni qayda ilə 5 yumurta, 1 st şəkər tozu, 1 st undan çalırıq.
Unu əlavə edib çaldıqdan sonra qarışığa kakaonu qarışdırırıq.

Qaba yenə kağız qoyub xəmiri tökürük.

Hər ikisini 180 dərəcə qızdırılmış sobada üzü qızaranədək bişiririk. (təx. 25-30 dəq.)

Biskvitləri qabdan çıxardırıq. Soyuduqdan sonra üzünü bıçaqla nazik kəsib götürürük.

Sap vasitəsi ilə biskvitlərin hər ikisini də bərabər iki hissəyə bölürük.

Birinci kakaolu biskvitin alt hissəsini qoyub kremləyib qoz səpirik.

İkinci kakaosuz xəmirin üst hissəsini qoyub kremləyib qoz səpirik.

Üçüncü  kakaolu biskvitin üstünü qoyub kremləyib qoz səpirik.

Axırıncı kakaosuz biskvitin alt layını qoyub tortun üzünü və yanlarını kremləyirik.

Tortu əlimizə alıb yanlarını şokalad qırıntıları ilə bəzəyirik.

Tortun üzünü 12 hissəyə bölüb xətləyirik və zövqə görə kokos, şokalad və qozla bəzəyirik.

Nuş olsun!

Comments

comments