Azərbaycanın milli şirniyyat növlərindən biridir.

Ərzaqlar:

3 st un

250 q kərə yağı

1 st şəkər kirşanı

1 ədəd yumurta

1/2 paket qabartma tozu

1/2 paket vanil

Hazırlanması:

Yumşaq kərə yağı ilə vanil və şəkər kirşanını mikserlə çalırıq.

Yumurtanı ağını sarısından ayırıb qarışığa əlavə edirik və yaxşı çalırıq.
Sarısını isə üz üçün saxlayırıq.

Sonra qabartma tozunu əlavə edib yenə çalırıq.

Unu az-az töküb əlimizlə yumşaq xəmir olana qədər yoğururuq.

Xəmirdən təpəcik şəklində balaca kündələr düzəldirik.

Yumurtanın sarısını təpəciyin başına çəkirik.

175-180 dərəcədə qızdırılmış sobada 20-25 dəqiqəyə bişiririk. Şəkərçörəkləri elə bişiririk ki üzü qızarmasın. (Bu ölçülərlə şəkildə göründüyü kimi 13 ədəd şəkəçörəyi çıxır). Zövqə görə istəsəniz soyuduqdan sonra üstünə şəkər kirşanı səpə bilərsiniz.

Nuş olsun! 

Comments

comments