Ərzaqlar:
1 kq yağlı xəmir
1 st gilas (təzə,ya kampotun içindən çıxarılmış ya da dondurulmuş)
1 ədəd yumurta
2 x.q kokos
2 x.q şəkər tozu
Hazırlanması:
Xəmiri buzxanadan çıxardırıq buzu açılır. Gilasın çəyirdəyini çıxardırıq.
Xəmirin hər bir kvadratı şəkildəki kimi kəsirik.
Xəmiri uclarından içəri doğru qatlayırıq. Ortada xəmirin uclarını şəkildəki kimi bərkidirik.
Xəmirin yumulan hissələrinə gilasdan qoyuruq.
Hazır pirojnaları kağız sərilmiş qaba yığırıq.
Xəmirin üstünə yumurta çəkib şəkər tozu və kokos səpirik.
220 dərəcə qızdırılmış sobada tamam qızaranadək bişiririk.
Nuş olsun!