Ərzaqlar:
1 ədəd tər xiyar
1/2 limon
1 ədəd kahı
Balaca dəstə keşniş, şüyüd, reyhan və göy soğan
3 x.q zeytun yağı
Duz
Istiot
Hazırlanması:
Göyərtiləri təmizləyib yuduqdan sonra xırda doğrayırıq.
Kahını təmizləyib yuduqdan sonra xırda doğrayırıq.
Xiyarı yuyub təmizlədikdən sonra balaca dörd künc doğrayırıq.
Hamısını bir qaba töküb duz, istiot, limon şirəsi və yağ əlavə edib qarışdırırıq.
Nuş olsun!