Azərbaycanın milli şirniyyat növlərindən biridir.

Ərzaqlar:

Xəmir üçün:900 q un, 2-3 yumurta, 200 q kərə yağı, 2 x.q xama, 1 ç.q quru maya, aparanadək süd

İçlik üçün:

500 q badam ləpəsi, 500 q şəkər tozu, 1/4 ç.q hil

Yağlamaq üçün:

400-450 q kərə yağı

Hazırlanması:

Xəmiri hazırlayaq. Südü qaba töküb ilıq qızdırırıq.

Yağı əridirik.

Mayanı ilıq süddə qarışdırırıq 5-10 dəqiqə qalır köpüklənir.

Unun ortasına yumurtanı, mayanı, südü, yağı və xamanı əlavə edib qarışdırırıq.

Yumşaq xəmir yoğururuq.

Xəmirin üstünə sellofan çəkib, dəsmal qoyub, adyala bükürük, 1-2 saat acımağa qoyuruq.

İçlik hazırlayırıq. Badam ləpəsinin qabığını təmizləmək üçün: Badam ləpəsinin təmizlənməsi baxa bilərsiniz.

Təmizlədikdən sonra quruması üçün  tavada az qovurub soyuduqdan sonra sürtgəcli maşından keçiririk.Çəkilmiş badama şəkər tozu və hil ilə qarışdırırıq. İçliyimiz hazırdı.

Xəmirdən 10 ədəd kündə düzəldirik.

Kündənin birini götürüb az un səpib oxlov ilə nazik yuxa yayırıq.

Yuxanı əlimiz ilə az dartıb böyüdürük və yağlayırıq. Bu qayda ilə 5-5 yuxaları yayıb yağlayırıq.

Yağlanmış və üst- üstə yığılmış bu yuxaları şəkildəki kimi bükürük.

Bükdüyümüz yuxaları 3 sm enində kəsirik.

Kəsilmiş bir lenti götürüb əlimizlə içini oval formada açırıq. İçinə 2 çay qaşığı içliktən qoyub bükürük.

Bükülən tərəfi aşağıda olmaqla qaba kağız sərib yığırıq.

Eyni qayda ilə hamısını hazırlayırıq.

Bütün badamburaları hazırlayib qurtardıqdan sonra bişirməyə başlayırıq. Qurumasın deyə üstünə selofon çəkirik. 170-180 dərəcə qızdırılmış sobada 20-25 dəqiqəyə bişiririk. Bişirərkən badamburaların üzü qızarmamalıdır ağ qalmalıdır.

Bişmiş badamburaları düz qaba yan-yana yığırıq tamam soyuduqdan sonra isə qazana yığıb ağzını örtürük.
Nuş olsun!

Comments

comments